“Komo” “Milan”ın U-17 komandasının hücumçusu Samuele Pisatini transfer edib.
"Football-plus.az" xəbər verir ki, “Komo”nun inkişaf departamentinin rəhbəri Oşian Roberts 16 yaşlı futbolçu ilə bağlı “Samuele çox perspektivli bir gənc istedaddı və əminik ki, “Komo”nun sistemində inkişaf edə biləcək. O, oyun modelimizə və klubun kimliyinə tam uyğundu. Biz gənc oyunçulara şans vermək lazım olduğuna inanırıq. İtalyan futbolçuların inkişafı bizim üçün vacibdi, çünki bu, “Komo”nun gələcəyidi” deyib.
Pisati ötən mövsüm “Milan”ın U-17 komandasında 15 oyuna 9 qol vurub və 1 məhsuldar ötürmə verib.