“Milan” onu icarəyə verdi

31.08.2023 23:23 188
Dünya futbolu
Aleksis Salemakers “Milan”dan ayrılıb.

“Football-plus.az” xəbər verir ki, İtaliya klubu futbolçunu icarəyə verib. 24 yaşlı vinger karyerasını “Bolonya”da davam etdirəcək. Aleksislə bağlanan müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub. “Bolonya” belçikalı futbolçu üçün “Milan”a 500 min avro ödəyib. Sözləşməyə birdəfəlik satın ala bilmə ilə bağlı bənd də daxildi. “Bolonya” 10 milyon avro ödəyərək futbolçunun transfer hüququna yiyələnə bilər.

“Milan” Salemakersi 2020-ci ilin yanvarında “Anderlext”dən transfer edib. O, komandada 140 matçda meydana çıxıb, 10 qol vurub və 14 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul