“Milan” müdafiəçisi Zakari Atekameni icarəyə verib.
"Football-plus.az" xəbər verir ki, 21 yaşlı isveçrəli futbolçu karyerasını “Lion”da davam etdirəcək. Bu haqda Fransa klubunun mətbuat xidməti məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb. Razılaşmada satınalma hüququ nəzərdə tutulmayıb.
Atekame daha çox oyun praktikası qazanmaq istədiyi üçün “Milan” rəhbərliyi onun icarəyə göndərilməsi ilə bağlı qərar qəbul edib.
İtaliya klubu futbolçunu ötən ilin yayında “Yanq Boyz”dan 10 milyon avroya transfer etmişdi. Müdafiəçi “rossoneri”nin heyətində 29 oyunda meydana çıxıb, A aeriyasında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Milan”ı tərk etdi
Dünya futbolu






