Kubok oyunlarında 4 komanda çətinliklə üz-üzə - onlar cəzalarını alacaq

24.10.2026 11:55 36
Ölkə futbolu
Gələn həftə - oktyabrın 27-29-u aralığında ölkə kubokunda 2-ci təsnifat mərhələsinin oyunları keçiriləcək. Bu çərçivədə 12 qarşılaşma olacaq.

“Football-plus.az”ın məlumatına görə, bu görüşləri buraxacaq futbolçuların adlarına aydınlıq gəlib. Belə ki, “Hypers”in futbolçusu Saleh Süleymanov, “Marafon”un oyunçusu Elməddin Hüseynzadə, MOİK-in şərəfini qoruyan Elvin Nəsibov və “Mingəçevir”də forma geyən Roman Hüseynov cəzalı durumda olduqlarından bu matçlarda meydana çıxa bilməyəcək.

Xatırladaq ki, 2-ci təsnifat mərhələsi komandaların taleyinə bir oyunla aydınlıq gələcək. Bu mərhələdə həm premyer-liqa, həm 1-ci, həm də 2-ci liqa klubları qüvvəsini sınayacaq.

KƏNAN BAHADIR