“Forbes” nəşri dünyanın ən çox qazanc əldə edən futbolçularının yeni siyahısını hazırlayıb. Kriştiano Ronaldo 2026/27 mövsümündə dünyanın ən çox qazanan futbolçusu olacaq.
"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in hücumçusunun ümumi qazancı 300 milyon dollar təşkil edəcək. Bu, siyahıda 2-ci yerdə olan Lionel Messinin gözlənilən qazancından iki dəfə çoxdu. Hesablamalara futbolçuların klublarından aldıqları maaş və digər ödənişlər, həmçinin futboldankənar qazancları daxildi. Ronaldonun “Əl-Nəssr”dən 250 milyon dollar, digər fəaliyyətlərindən isə 50 milyon dollar qazanacağı gözlənilir.
“İnter Mayami”nin hücumçusu Messi 145 milyon dollarla 2-ci, “Real”ın forvardı Kilian Mbappe isə 100 milyon dollarla 3-cü yerdə göstərilib. “Forbes”un cari mövsüm üçün dünyanın ən çox qazanan futbolçularının ilk “10-luğ”unu nəzərinizə çatdırırıq. Mövsümlük qazanc milyon dollar ilə ifadə olunub. Mötərizədə oyunçunun əvvəlcə klubdan, sonra digər gəlir mənbələrindən əldə edəcəyi qazanc göstərilib.
1. Kriştiano Ronaldo (Əl-Nəssr) 300 (250+50)
2. Lionel Messi (İnter Mayami) 145 (70+75)
3. Kilian Mbappe (Real) 100 (70+30)
4. Erlinq Holann (Mançester Siti) 85 (60+25)
5. Vinisius Junior (Real) 76 (48+28)
6. Lamin Yamal (Barselona) 55 (35+20)
7. Sadio Mane (Əl-Nəssr) 54 (50+4)
8. Cud Bellingem (Real) 45 (29+16)
9. Harri Keyn (Bavariya) 42 (29+13)
10. Məhəmməd Salah (Trabzonspor) 40 (20+20)
Ronaldo mövsümü zirvədə başa vuracaq
Dünya futbolu




