Rişarlison Flavio Bolsonarudan şikayətçidi. “Tottenhem”in braziliyalı hücumçusu ölkəsində prezidentliyə namizəd olan siyasətçini ona məxsus adanı ələ keçirməkdə ittiham edib.
"Football-plus.az" xəbər verir ki, Bolsonaru əvvəlcə futbolçudan adanı almağa cəhd göstərib. Lakin Rişarlisonun təklifdən imtina edib. Bundan sonra müxtəlif şəxslərin müəyyən məhkəmə prosedurlarından istifadə edərək əraziyə sahib çıxdığı iddia olunur. Nəticədə futbolçu həm adasından, həm də onun satışından əldə edə biləcəyi vəsaitdən məhrum olduğunu bildirib.
Məlumatda Rişarlisonun şəxsi mülkünə təxminən 1,7 milyon avro sərmayə qoyduğu da qeyd olunub. O, baş verənlərlə bağlı polis araşdırmasının aparılmasını tələb edib.
Bolsonaru Braziliyada müxalif siyasətçi kimi tanınır. O, bir müddət əvvəl “çirkli pulların yuyulması” ilə bağlı iddialar üzrə yoxlamaya cəlb edilib.
Futbolçu siyasətçidən şikayətçidi
Dünya futbolu




