İti futbolçunun başına iş açdı

24.10.2026 11:34 27
Dünya futbolu
Ferlan Mendi məhkəmədə cavab verməli olacaq. İti onun başına iş açıb.

"Football-plus.az" xəbər verir ki, hadisə 2023-cü il yanvarın 4-də baş verib. Həmin vaxt futbolçunun dörd iti nəzarətsiz şəkildə həyətindən kənara çıxıb. “Real”ın müdafiəçisi itlərindən birinin azyaşlıya hücum etməsinə görə hakim qarşısına çıxacaq.

Madrid Cinayət Məhkəməsi prosesin dekabrın 21-də başlanmasını təyin edib. Fransalı futbolçu bədən xəsarəti yetirmə ilə bağlı hüquq pozuntusunda ittiham olunur. Belə ki, onun itlərindən biri 17 yaşlı yeniyetmənin ayağını dişləyib, daha sonra isə digər iki itə hücum edib. Onlardan birinin aldığı xəsarətlər səbəbindən sonradan evtanaziya edilməsi zəruri olub.

Prokurorluq Ferlanın 1200 avro cərimələnməsini, həmçinin zərərçəkənlərə 5700 avro təzminat ödəməsini tələb edir.