Ağ formanı daha 6 il daşıyacaq

24.10.2026 14:27 45
Dünya futbolu
Arda Gülər klubu ilə yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, gənc futbolçu “Real” ilə yeni müqavilə imzalayıb. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, yeni sözləşmənin müddəti 2032-ci ilin yayına qədərdi. Klubun bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir.

21 yaşlı Arda “Real”da 2023-cü ildən çıxış eidr. Türkiyə yığmasının üzvü bu mövsüm La Liqada meydana çıxdığı 9 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.