Liam Delap İngiltərədə iş yerini dəyişib.
"Football-plus.az" xəbər verir ki, “Nottingem Forest” hücumçunu “Çelsi”dən transfer edib. 21 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Daha əvvəl transfer məbləğinin təxminən 52 milyon avro olacağı bildirilmişdi.
Delap ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 47 matçda iştirak edib. Onlardan 5-i Çempionlar Liqasına təsadüf edib. Hücumçu turnirdə ilk qolunu “Barselona”ya qarşı 3:0 hesablı qələbə ilə başa çatan oyunda vurub.
İngiltərədə iş yerini dəyişdi
Dünya futbolu






