Almaniyadan İtaliyaya gəldi

2.09.2026 23:00 13
Dünya futbolu
“Yuventus” heyətinə yeni oyunçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, İtaliya nəhəngi “Volfsburq”un polşalı qapıçısı Kamil Qrabarani icarəyə götürüb. 27 yaşlı oyunçunun imzaladığı icarə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qrabara karyerası ərzində “Orhus”, “Haddersfild Taun” və “Kopenhagen”də çıxış edib. Qapıçı ötən mövsüm klub səviyyəsində 37 matç keçirib və 4 oyunda qapısını toxunulmaz saxlayıb.

Kamil Polşa yığmasının da üzvüdü. “Transfermarkt” onun hazırkı bazar dəyərini 12 milyon avro qiymətləndirir.