Bundesliqada hamını arxada qoydu

21.05.2024 17:18 190
Dünya futbolu
Almaniya bundesliqasında yenicə başa çatan mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyada “Bayer-04”ün yarımmüdafiəçisi Florian Virts qalib gəlib. O, mövsüm ərzində bundesliqada 32 matçda iştirak edib, 11 qol vurub və 12 məhsuldar ötürmə verib. Virts Leverkuzen klubunu yetirməsidi. Gənc futbolçu əsas komandada 2020-ci ildən çıxış edir. Yarımmüdafiəçi indiyədək “Bayer-04”ün formasında ölkə çempionatının 109 oyununda meydana çıxıb və 25 qol vurub.

Yeri gəlmişkən, 21 yaşlı futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı Florianın bazar dəyərini 110 milyon avro qiymətləndirir.