"Jirona" "Marsel"in qapıçısı Pau Lopesi icarəyə götürüb.
“Football-plus.az” xəbər verir ki, 29 yaşlı qolkiperlə müqavilənin müddəti 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub. Karyerası ərzində "Espanyol", "Betis", "Tottenhem" və "Roma"da çıxış etmiş Lopes ötən mövsüm Fransa çempionatında keçirdiyi 33 oyunda 39 qol buraxıb, 8 görüşdə isə qapısını toxunulmaz saxlayıb.