“Sabah”ın gəlişi “Qarabağ”ı “Bəhramov”dan məhrum edir? – “Azərsun Arena”ya qayıdış...

2.09.2026 14:00 44
Avrokuboklar
Məlum olduğu kimi, “Sabah” Çempionlar Liqasının liqa mərhələsində ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. İş ondadı ki, “Qarabağ”ın da premyer-liqada ev qarşılaşmaları bu idman qurğusunda olur.

Belədə “köhlən atlar”ın ən qısa müddətdə “Azərsun Arena”ya qayıtması gündəmə gələ bilərmi? Axı “Tofiq Bəhramov”un ot örtüyünün oyundan-oyuna sıradan çıxmaqda olduğunu görürük.

Məsələ ilə bağlı “Qarabağ”ın Kommunikasıyalar departamentinin direktoru Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Azərsun Arena”nın ot örtüyü dəyişdirilib və oyunlara hələ ki hazır deyil. Stadion dəyişikliyi ilə bağlı hansısa qərarımız olarsa, ictimaiyyətə öncədən açıqlayacağıq”.

Xatırladaq ki, “Azərsun Arena”nın qazonu ən son standartlara cavab verən hibrid ot örtüyü ilə əvəzlənib.

KƏNAN BAHADIR