Mövsümün ikinci yarısına Bakıda hazırlaşan “Qarabağ” dünən yoxlama oyununda “Zirə”ni darmadağın etdi – 4:0.
Özü də bu oyun “Azərsun Arena” keçirildi. Halbuki bir neçə gün əvvəl komandaların Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacağı elan olunmuşdu.
“Football-plus.az” qəfil yerdəyişmənin səbəbini “Qarabağ”ın mətbuat katibi Anar Hacıdan soruşdu: “Azərsun Arena” daha hazır vəziyyətdə olduğuna görə oyun Suraxanıda keçirildi. Qarlı hava şəraiti üzündən Tofiq Bəhramov adına stadion tam hazır vəziyyətdə deyildi. Buna görə də oyun “Azərsun Arena”da keçirildi”.
ƏSƏD SEYİDOV