Lionel Skaloni hazırkı iş yerində daha 4 il işləyəcək. O, Argentina Futbol Assosiasiyası ilə prinsipial razılığa gəlib.
"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının baş məşqçisi yerli futbol qurumunun müqavilənin müddətinin 2030-cu ilə qədər uzadılması təklifinə razılıq verib. Bu barədə tanınmış jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Tərəflərin yaxın vaxtlarda danışıqların son detallarını razılaşdıraraq müqaviləni rəsmiləşdirəcəyi gözlənilir.
Qeyd edək ki, milli komanda Skaloninin rəhbərliyi altında 2022-ci ildə keçirilən dünya çempionatının qalibi olub, DÇ-2026-da isə finalda İspaniyaya uduzub. Skaloninin Argentina yığmasını iki dəfə Amerika Kubokunda qələbəyə daşıdığını da xatırladaq.
Milli komandanı daha 4 il çalışdıracaq
Dünya futbolu



