“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.
"Football-plus.az" xəbər verir ki, müraciətdə “Azərsun Arena”da təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Misli premyer-liqasının 2024/25 mövsümünün son ev oyunlarını “Azərsun Arena”da qəbul etmək istədiyi bildirilib.
"Qarabağ”ın müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan Peşəkar Futbol Liqası klubun müraciətini müsbət qarşılayıb.
Beləliklə, 33-cü turun “Sumqayıt” ilə görüşündən etibarən (4 may saat 18.00) “Qarabağ” ev oyunlarını “Azərsun Arena”da keçirəcək.
Qeyd edək ki, ötən ilin oktyabr ayından "Azərsun Arena"da təmir işləri aparıldığı üçün "Qarabağ" ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirir.