"Sumqayıt" Misli premyer-liqasının 3-cü turunda evdə "Qarabağ"a uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Təbii ki, nəticədən razı qalmadım. Qırmızı vərəqə epizoduna qədər qarşılıqlı hücumlar şəraitində oyun gedirdi. Futbolçuların keyfiyyətinə görə epizodlar yaranırdı. İkinci hissədə nələrisə dəyişmək istəyirdik. Epizodlarımız da oldu. Lakin qola çevirə bilmədik. İlk gəldiyim vaxtdan etibarən oyunda dəyişiklik hiss edirəm. Zamanla çatışmayan cəhətləri də aradan qaldıracağıq.
- Baş məşqçinin görmək istədiyi "Sumqayıt"ı hansı vaxtdan sonra görə biləcəyik?
- Əvvəlcədən nəsə demək düzgün olmaz. Əminəm ki, mövsümün sonunda elə bir komanda quracağıq ki, hər bir komanda ilə mübarizə aparacaq gücdə olacağıq.
- Heyətdə problem olduğu görsənir. Masaki Muratanın heyətdə olmaması ilə bağlı nə deyə bilərsiniz?
- Masaki Murata bizimlə birgə məşq edir. Amma heyətdə yoxdu. "Transfer pəncərəsi" açıqdı. Heyətdə dəyişikliklər olacaq. Tam hazır olduqdan sonra bu barədə nəsə demək olar.
- Rəhbərlik baş məçqçinin qarşısına hansı məqsədi qoyub?
- Bir məşqçi kimi hər bir oyunu udmaq istəyirəm.Lakin rəhbərliklə bağlı danışığımız olanda ötən mövsümlərə baxanda, daha yaxşı oyun sərgiləmək məqsədini deyə bilərəm.
"Heyətdə dəyişikliklər olacaq" - Filipe Kandido
Ölkə futbolu / Manşet






