Millimiz Polşada birinci yeri tutdu

31.08.2026 18:54 2
İdman
Polşanın Krakov şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnir başa çatıb.

"Football-plus.az" xəbər verir ki, böyüklər arasında mübarizə aparan Balabəy Ağayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

U-16 yaş kateqoriyasında Aqil Nağıyev (-55 kq), Hüseyn Şıxəliyev (-66 kq) və Məhəmmədəli Mehdi (-81 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Daha əvvəl U-18 yaş kateqoriyasında yeniyetmə oğlanlardan ibarət yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medal əldə etmişdi.

Əli Abdullayev (-60 kq), Hüseyn Şıxəliyev (-66 kq) və Ömər Atayev (-81 kq) qızıl, Dünyamalı Asdanlı (-66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (-55 kq) və Əli Cəfərov (-66 kq) isə bürünc medala layiq görülmüşdülər.

Beləliklə, Azərbaycan cüdoçuları beynəlxalq turniri 7 qızıl, 2 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurublar. Millimiz bu nəticə ilə yarışın ümumi komanda hesabında birinci yeri tutub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul