"Sumqayıt"dan Danimarka klubuna

7.07.2024 11:28 319
Dünya futbolu
"Sumqayıt"dan ayrılan Masaki Muratanın yeni klubu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi karyerasını Danimarkada davam etdirəcək.

O, "Vayle" ilə 3 illik müqavilə bağlayıb. Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Masaki Murata 2023-cü ilin yanvar ayından "Sumqayıt"da çıxış edirdi. O, "kimyaçılar"ın heyətində meydana çıxdığı 54 rəsmi matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.