"Neftçi" xorvatiyalı yarımmüdafiəçi transfer etdi

31.08.2026 22:00 3
Ölkə futbolu
“Neftçi” dayaq yarımmüdafiəçisi transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, xorvatiyalı Viçko Şevel “ağ-qaralar”ın yeni üzvüdür. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, 88 nömrəli formanı geyəcək.

Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.

Sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2026/27 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul