Mahir baş məşqçisiz qaldı

31.08.2026 20:23 6
Dünya futbolu
Mahir Emrelinin formasını geydiyi "Rakuv" baş məşqçi David Kroçeklə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, David Kroçek bu il mayın 4-də "Rakuv"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Çestoxova təmsilçisi Polşaa çempionatında keçirdiyi 4 oyunun hamısında uduzub.