"Bəxtimizdən bu gün qapıçımız əla formada idi" - Valdas Dambrauskas

31.08.2026 23:16 2
Aktual / Premyer-liqa
"Sabah" bu gün Misli premyer-liqasının 3-cü tur oyununda səfərdə "Araz-Naxçıvan" üzərində qələbə qazanıb. "Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunu belə şərh edib: “Bu gün bizi necə oyunun gözlədiyini bilirdik, çünki avrokubok matçından - bu qədər vacib qarşılaşma, bu qədər emosiya və əlavə vaxtdan - sonra asan olmayacağını anlayırdıq. Üstəlik oyundan əvvəl yağan çox güclü yağış da matça təsir etdi. Stadiona gələndə hətta bu oyunu keçirə biləcəyimizi belə bilmirdik, çünki həddən artıq yağış yağmışdı. Amma ümumilikdə komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım. Hesab edirəm ki, birinci hissənin tamamında və ikinci hissənin böyük hissəsində üstünlük bizdə idi, ardıcıl təhlükəli vəziyyətlər yaradırdıq. Bəli, bəlkə hücumlarımızın son mərhələsində, xüsusən rəqibin cərimə meydançasında bir az kəsərlilik çatışmırdı. Lakin ümumilikdə daha yaxşı oynayan tərəf və bu qələbəyə layiq idik. Bəli, qol qapıçının səhvindən sonra bir az qəribə alındı, amma qol qoldu. Qapını toxunulmaz saxlayıb, qol vura bilirsizsə, həmişə qalib gələcəksiz. Oyunun sonlarında, xüsusən bu gün olduğu kimi 1:0 kimi kiçik üstünlüyünüz olanda rəqib nəsə etməyə çalışır və biz bir neçə səhvimizə görə cəzalandırıla bilərdik. Bəxtimizdən bu gün qapıçımız əla formada idi və rəqibin iki təhlükəli zərbəsini dəf etdi. Amma yenə də inanıram ki, sərgilədiyimiz oyunla bu qələbəyə tam layiq idik. İndi ən vacibi yenidən Bakıya qayıdıb, növbəti oyuna hazırlaşmaqdı. Etməli olduğumuz şey yalnız növbəti oyuna fokuslanmaqdı. Şadam ki, bu gün yenə 3-4 mövqedə rotasiya etdik. Mövsümün əvvəlində çox şans qazanmayan oyunçulara bir az daha çox dəqiqə verdik. Deməli, hər şey plana uyğun getdi və indi irəli baxmaq, növbəti oyuna hazırlaşmaq vaxtıdı”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul