Misli premyer-liqasının 1-ci turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, Filipe Kandido “Sumqayıt”ı “Neftçi” ilə ev matçına çıxarıb.
Portuqaliyalı mütəxəssisin komandası 1:3 hesabı ilə məğlub olub. O, ölkə çempionatları tarixinə yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.
Filipe Kandido premyer-liqada 2-ci portuqaliyalıdı. Onadək Jorje Kaşkilya ötən mövsümdə “İmişli”yə rəhbərlik edib. O, “Sumqayıt”ın 4-cü legioner baş məşqçisidi. Cari mövsümədək Bernard Raab, Aleksey Baqa və Saşa İliç də “gənclik şəhəri” təmsilçisinə rəhbərlik edib.
“Sumqayıt”da 4-cü, premyer-liqada 71-ci legioner
Ölkə futbolu






