"Müəyyən zamandan sonra yaxşılığa doğru irəliləyiş olacaq" - Qurban Qurbanov

31.08.2026 23:35 6
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 3-cü turunda "Sumqayıt"ın qonağı olan "Qarabağ" qələbə qazandı - 1:0.

"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

- Futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, azlıqda qaldıq, amma qalib gəlməyi bacardıq. Rəqib topla yaxşı oynamağı bacarır. Rəqibin qarşısını almaqda bəzən çətinliklər çəkirdik. Onlara uğurlar arzulayıram. Azarkeşlərimizə də bu havada bizi yalnız buraxmadıqları üçün minnətdarlığımı bildirirəm.

- Kadi Borgesin qırmızı vərəqə aldığı epizodla bağlı düşüncələriniz necədi?
- Belə bir hal baş verməsi yolverilməzdi. Bizim futbolçular daim nizam-intizamı ilə seçilib. Əvvəlki "Tvente" ilə matçda fikrimcə, qırmızı vərəqə yox idi, lakin bu oyunda həmin epizodda var idi. Yüngül iradlarımı Kadiyə bildirdim. Mən nə qədər onları sakitləşdirsəm də, "Tvente" ilə matçdan sonra psixoloji gərginlik var idi və bunun olması normal bir haldı.

- Bütün amilləri nəzərə alsaz, "Qarabağ"ın tam olaraq nə vaxt hazır olacağını düşünürsüz?
- Buna biraz zaman lazımdı. Futbolçuların bir-birinə tam uyğunlaşması üçün vaxt gərəklidi. Oyundan-oyuna yaxşılığa doğru gedəcəyini düşünürəm.

- Belə bir deyim var ki, bəzən bir addım irəli atmaq üçün iki addım geri atmaq lazımdı. Bu deyimi "Qarabağ"la uyğunlaşdırmaq olarmı?
- Geri addım atmağın hardasa faydası var. Amma bizim bir psixologiyamız var. Belə ki, biz istəyərək geri addım atmalı deyilik. Rəqib bizə bunu vadar edir. Bəzən biz məcbur geri addım atırıq. Yenilənməyə ehtiyac var. Təcrübəli mütəxəssis Ferqyuson deyirdi ki, bir komandanın yenilənməsi üçün ən azı 3-4 il lazımdı. Bizdə bu vəziyyət olmasa da, müəyyən zamandan sonra yaxşılığa doğru irəliləyiş olacaq.

- "Tvente" ilə matçdan sonra bütün futbol ictimaiyyəti 2 yerə bölünmüşdü...
- Mənim sevdiyim, yaşadığım, güvəndiyim bir Azərbaycan var. İki yerə bölünən anlayış mənim düşüncəmdə yoxdu. Vətən müharibəsindən sonra bu anlayış məndə bu fikir daha da qabardı. Fikir ayrılıqları ola bilər. Hər şey qaydasındadı. Bizim bir vəzifəmiz var. Meydanda döyüşməliyik. Heç bir yazıya cavab vermək niyyətində deyiləm.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul