"Müdafiədə kobud səhvə yol verdik" - Zaur İsmayılov

31.08.2026 21:30 2
Ölkə futbolu / Manşet
"Araz-Naxçıvan" Misli premyer-liqasının 3-cü turunda Qəbələ şəhər stadionunda "Sabah"a 0:1 hesabı ilə uduzub.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Zaur İsmayılov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Sabah"ı Çempionlar Liqasındakı uğurlu çıxışı və Liqa mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edir, uğurlar arzulayıram. Özümüzə gəldikdə, "Neftçi" ilə oyunda müdafiə planında kobud səhvlərə yol verdik, rəqibin fərqlənməsi üçün imkanlar yaratdıq. Bugünkü oyunda da müdafiədə kobud səhvə yol verdik, həmin səhv də rəqibin hesabda önə keçməsinə səbəb oldu. Halbuki müdafiə planında düzgün oynayır, yaxşı müdafiə olunurduq. Növbəti oyunlara hazırlaşacağıq. Komandamızın potensialı böyükdü. Oyun planında inkişaf etməliyik. İnanıram ki, komanda olaraq qarşıya qoyulan məqsədə çatacağıq".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul