"Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan "Hapoel" dünən cavab oyunu üçün ölkəmizə təşrif buyurub. Beer-Şeva təmsilçisi Bakı vaxtı ilə saat 03.30-da paytaxta eniş edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə yerli "One" nəşri məlumat yayıb.
İsrail mətbuatı bildirib ki, komanda bu gün oyunöncəsi hazırlıq prosesini bərpa edib. "Hapoel" Bakıda daha iki məşq keçirəcək. Kollektivin stadiona uyğunlaşması üçün əlavə işlərin də görüləcəyi qeyd edilib.
Bununla belə, yazıda "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın start heyətində bu dəfə Xander Severinay yox, Orfe Mbinaya şans vermək istədiyi, bu futbolçunun yetərincə sürətli və dəqiq olduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, avqustun 25-də, "Tofiq Bəhramov"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20.45-da başlayacaq.
KƏNAN BAHADIR
"Hapoel" Bakıdadı - rəqib Dambrauskasın planını öyrənib!
Aktual / Avrokuboklar






