"Hapoel"in Bakı səfəri başlayır - İsrail mətbuatından Beer-Şeva klubuna xəbərdarlıq

22.08.2026 19:51 5
Aktual / Avrokuboklar
Beer-Şeva "Hapoel"i bu gün Bakı vaxtı ilə saat 23.00-da ölkəmizə gəlmək üçün yola düşəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə yerli "One" nəşri məlumat yayıb. İsrail mətbuatı komandanın bütün diqqətini Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"a qarşı keçirəcəkləri cavab oyununa yönəltdiyini yazıb:

"Düzdü, "Hapoel" "Ben Qruan" hava limanının işçilərinin tətil elan etməsi üzündən xeyli vaxt itirdi. Ancaq kollektiv gərgin keçəcəyi gözlənilən matç üçün toparlana bilib. Həm dünən, həm də bu gün məşq keçən komanda bir neçə saat sonra Bakıya yollanacaq. Beer-Şeva təmsilçisi Azərbaycanın paytaxtında diqqətli olmalıdı. Çünki "Sabah" "Orhus"a səfərdə 1:2 hesabıyla uduzsa da, evdə parlaq qələbə qazanmağa nail olmuşdu. Həmçinin, Bakıda qonaq azarkeşlər üçün 1900 yer ayrılıb. "Hapoel" hazırda səfərdə mümkün qədər çox azarkeşinin olması üçün bütün gücünü səfərbər edib".

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul