“Football-plus.az” mövsümün ilk turunda başverənləri və komandaların çıxışını dəyərləndirməsi üçün təcrübəli mütəxəssis Vaqif Sadıqovla əlaqə saxlayıb:
“Ümumiyyətlə, mövsümün ilk turu çox maraqlı keçdi. İlk turda 13 qolun vurulması da bunu göstərir. Burda önəmli amillərdən biri klubların transfer siyasətinə ciddi yanaşmasıdı. Ötən illə müqayisədə komandalar daha ciddi transferlər həyata keçirib, yaxşı əcnəbi futbolçuları heyətə cəlb ediblər. İlk tur da bunu müəyyən mənada təsdiqlədi.
Bu çempionat tam fərqli olacaq, mübarizə sona qədər davam edəcək. Artıq aşkar autsayder görmürük. Orta səviyyəli komandaların sayı artıb. Bu da avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların sayının çox olacağına işarədi.
Çempionun kim olacağını indidən demək çətindi. Amma böyük hədəfləri və iddiaları olan klublarımız var. İlk tur da bunu göstərdi. Ötən mövsümün çempionu “Sabah” titulunu qorumağa çalışacaq. “Qarabağ” çempionluğu yenidən əldə etmək istəyəcək. Hər il çempionluğa iddialı olan “Turan Tovuz” da var. “Neftçi” isə əzəmətini qaytarmaq istiqamətində ciddi işlər görür və hesab edirəm ki, bu yarışa qoşulacaq. “Zirə” də oturuşmuş oyun modeli və gücləndirilmiş heyəti ilə ilk turda iddiasını göstərdi.
Digə komandaları da qeyd etmək olar. “Qəbələ”, “Şamaxı”, yeni qoşulan “Şəfa” və “Kəpəz” ilk turda məğlub olsalar da, tam fərqli komanda mənzərəsinin şahidi olduq. Eyni sözləri “Araz-Naxçıvan” və “İmişli” haqda da demək olar. Komandaların hamısı çempionata çox ciddi hazırlaşıb.
Əvvəllər çempionatı iki “altılığ”a bölmək mümkün idi. İlk tur göstərdi ki, bu bölgünü bu mövsüm etmək o qədər də asan olmayacaq. Bir sözlə, bizi maraqlı, həyəcanlı və intriqalarla dolu çempionat gözləyir.
Legioner limiti aradan qaldırılandan sonra yerli futbolçuların şansının azalacağından çox narahat idik. Amma ilk tur göstərdi ki, xeyli yerli futbolçu əsas heyətdə yer alıb. Bu da onu göstərir ki, futbolçular üçün rəqabət şəraiti var. Kim oyunöncəsi rəqabətdə qalib gəlir, özünü yaxşı tərəfdən göstərirsə, əsas heyətdə yer alır. Azarkeşlər stadionlara qayıtdıqca futbolçuların motivasiyası da artır. Motivasiya yüksəldikcə futbolçular öz güclərini daha yaxşı ortaya qoyurlar. Bu bizim istədiyimiz mənzərədi və Azərbaycan futbolunun inkişafına ciddi təkan verə bilər”.

İSRAYIL XEYRULLAYEV