Rəhim Həsənov Cavid Cəlilovda səhv tapdı - VİDEO

27.10.2026 21:31 54
Ölkə futbolu / Video
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli premyer-liqasının 9-cu turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, o, "Araz-Naxçıvan" - "Qəbələ", "Zirə" - "Sumqayıt", "Şəfa" - "Kəpəz", "Neftçi" - "Turan Tovuz", "İmişli" - "Şamaxı" və "Sabah" - "Qarabağ" görüşlərindəki epizodları dəyərləndirib.

Rəhim Həsənov "Şəfa" - "Kəpəz" matçının baş hakimi Cavid Cəlilovun görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin qapısına təyin olunan penalti qərarının səhv olduğunu bildirib.

Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik: