Çempionluğu itirdi, istefa verdi

27.10.2026 23:33 54
Dünya futbolu
Rafael Urazbaxtin artıq “Kayrat”ı çalışdırmır. O, baş məşqçi vəzifəsindən istefa verib.

Football-plus.az" xəbər verir ki, Almatı klubunun mətbuat xidmətinin məlumatına görə, təcrübəli mütəxəssis komandanın Qazaxıstan çempionatında çempion titulunu qorumaq şansını itirməsindən sonra öz istəyi ilə istefa ərizəsi yazıb. Rəhbərlik onun müraciətini qəbul edib.

Qeyd edək ki, oktyabrın 25-də “Aktobe” ilə heç-heçə edən (2:2) “Kayrat” premyer-liqanın 29-cu turundan sonra turnir cədvəlində 64 xalla 2-ci yeri tutur. 68 xalı olan “Ordabası” isə mövsümün sona çatmasına bir tur qalmış çempionluğu təmin edib.