"Football-plus.az" xəbər verir ki, 35 yaşlı hücumçu bəlkə də “Fənərbaxça”ya keçməsəydi, “Beşiktaş”ın əfsanələrindən hesab olunardı. Amma bir dönəm İngiltərədə də forma geymiş Tosun “Beşiktaş”da ümumilikdə 10 il keçirəndən sonra 2024-də “Fənər”ə yollandı və burda ilyarım ərzində heç nə ilə yadda qalmadı. Hazırda 1-ci liqa təmsilçisi “Fatih Karagümrük”ün şərəfini qoruyan 35 yaşlı Cenk “sarı-lacivəırdlilər”ə yollanmağın yanlış olduğunu etiraf edib:
“Fənər”ə yolandığım üçün peşmanammı? Deyiləm. Amma “Fənər”ə yollanmağımın yanlış olub-olmadığını soruşsaz, bəli, yanlış olduğunu etiraf etməliyəm. Ora keçməli deyildim. Bir kluba aid olan, orda əfsanəyə çevrilən, fanatlarla birləşən bir insan başqa böyük bir camiəyə yollanmamalıydı. Hərçənd peşman olub-olmadığımı soruşsaz, dediyim kimi qətiyyən peşman deyiləm. “Fənər”in uzun illərdi çempion olmamasının səbəblərinə gəlincə, klubun düzgün idarə olunmadığını düşünürəm. “Fənərbaxça” çox böyük camiədi və önəmli transferlər həyata keçirirlər. Ad baxımından mühüm isimləri heyətə qatırlar. Ancaq bəzən iş elə səviyyəyə çatır ki, futbolda heç də hər şeyi adların həll etmədiyini anlayırsan. Məhz belə məqamlarda komanda ruhunun, əsl komanda olmağın önəmini anlayırsan. Fanatların çempionluqla bağlı böyük gözləntisinin olması normaldı. Uuzn illərdi, çempionluq gəlmir. Mən hər şeyi gözəl xatırlayıram.
Məsələn, istənilən bir ev matçında ilk 20-25 dəqiqədə qol gəlməyincə, tribunalardan yavaş-yavaş fit səsləri eşidilməyə başlanılır. Təbii ki, digər tərəfdən həmin insanları da anlamaq mümkündü. Çünki illərdən sonra çempionluq görmək istəyirlər. Joze Moruinyo ilə əslində meydandan kənarda çox yaxşı anlaşırdıq. Amma nədənsə, məni oynatmırdı. Bu da məni çox təəccübləndirirdi. Hətta bir-iki dənə müsahibəsində “Cenki oynada bilmədiyimə görə çox heyfslənirəm” açıqlamasını vermişdi. Amma yeni mövsüm başladıqdan sonra da məni oynatmırdı. Bu da məni çox təəccübləndirirdi. Öz-özümə “mən nəyi yanlış edirəm” sualını verirdim. Çünki məşqlərdə üzərimdə çox yaxşı çalışırdım. Sonradan oyuna daxil olduğum matçların böyük əksəriyyətində nəticəyə təsir edirdim. Ya məhsuldar ötürmə verirdim, ya penalti qazanırdım, ya da başqa bir şey edirdim. Buna baxmayaraq yenə də mənə şans vermirdi. Məncə, bu aralar “Fənər”də oynamaq çox çətindi. Çünki camiənin uzun illərdi, çempionluq həsrəti var. Fanatların gözləntisi var və bu, qarşılanmadıqda insanlar əsəbləşməyə başlayır. “Beşiktaş”da isə son mövsümüm istisna olmaqla hər zaman yaxşı performans sərgiləmişəm”.