Oktyabrın 18-də İran çempionatının 9-cu turu çərçivəsində keçirilməsi olan “Malavan” – “Traktor” oyununun baş tutmadığını xəbər vermişdik.
Buna Ənzəli şəhərindəki “Sirus Qayəqran” stadionuna toplaşanların “Traktor” və türklər haqda irqçi şüarları səbəb olmuşdu. Hadisədən dərhal sonra Təbriz klubunun prezidenti Məhəmməd Rza Zunuzi İran Futbol Federasiyası (İFF) texniki məğlubiyyət verəcəyi təqdirdə çempionatdan çəkiləcəklərini elan etmişdi.
Və bu gün İFF gözlənilən qərarı verdi. Maraqlıdı, “Traktor” bu qərara boyun əyəcək, yoxsa çempionatdan çəkiləcək? Və bundan da maraqlı olan daha bir məqam var: liman şəhəri Ənzəlinin əhalisinin əsasını etnik və dil baxımından farslara yaxın olan gilanlılar təşkil etsə də, burda çoxlu Güney Azərbaycan türkü də yaşayır. Türklərin şəhərdə böyük icması var.
Türklərin yığcam şəkildə yaşadığı şəhərdə onların qüruru olan klub söyülürsə, döyülürsə, artıq sözə ehtiyac yoxdu. 0:3 ilə yanaşı, bu da rəzalətdi!
ORXAN
İran Futbol Federasiyası “Traktor”a dağ çəkdi – təhqir + 3:0...
Dünya futbolu





