• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vaqif Sadıqov əvəzedicilərin çempionatının yaradılmasını vacib sayır - AÇIQLAMA

Aktual

29-04-2022, 15:0

Ötən həftə Klublar Komitəsinin iclası keçirildi.

Toplantıda müzakirə olunan əsas məsələlər legioner limitinin ləğvi və əvəzetmə sayının 3-dən 5-ə qaldırılması idi. Təbii ki, AFFA İcraiyyə Komitəsinin iclasında hansı qərarların qəbul ediləcəyini indidən söyləmək çətindi. Ancaq onu deyə bilərik ki, klubların, demək olar, hamısı bu təklifə razıdı.

Futbol ictimaiyyətinin gündəmini zəbt edən bu məsələ ilə bağlı AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla danışdıq. Qurum rəsmisi öncə əvəzetmə sayının 3-dən 5-ə artırılması ilə bağlı təklifə münasibət bildirdi:

“Hesab edirəm ki, bu heç də pis təklif deyil. Əvəzetmə sayını artırmaqla oyunun sürətini də artırmış olarıq. Həmçinin qarşılaşmada iştirak edən futbolçuların sayı da çoxalacaq. Bununla da biz ancaq üstünlük əldə edərik. Düşünürəm ki, bu çox yaxşı təklifdi. Bu fikri ilk dəfə Qurban Qurbanov irəli sürərkən Məşqçilər Komitəsi olaraq bunu dəstəklədik. Amma mövsümün ortası olduğundan bu qərarı həyata keçirmək düzgün deyildi. Buna görə də belə qərar qəbul olundu ki, çempionatın yekununda bu məsələ yenidən müzakirəyə çıxarılsın. Klublar Komitəsinin iclasında da geniş müzakirə aparıldı. Hazırda Avropada da bundan səmərəli istifadə olunur. Niyə çempionatımızda 5 əvəzetmə olmasın? Bu təklif müsbət qarşılanmalıdı. İcraiyyə Komitəsinin iclasında da bu məsələ müzakirə olunacaq. Müsbət qərar qəbul oluna bilər”.

[/quote]
Klubların legioner limitinin ləğvi ilə bağlı təklifinə isə Sadıqovun cavabı belə oldu:

“Limitlə bağlı irəli sürülən təkliflərdən xəbərdaram. Hətta 21 yaş limitinin də ləğvini istəyirlər. Amma hazırda belə ciddi dəyişikliklərin tərəfdarı deyiləm. Məşqçilər Komitəsinin bu məsələ ilə bağlı öz layihəsi var. Hesab edirik ki, bunun üçün ilk növbədə vahid sistem yaradılmalıdı. Bu o deməkdi ki, premyer-liqa və birinci divizionda çıxış edən klubların sayı artırılmalıdı. Üçüncü, yəni əvəzedicilərin mübarizə aparacağı liqa yaradılmalıdı. Bu sistem qurularacağı halda istər-istəməz limit çarxı fəaliyyət göstərməlidi. O vaxt vahid sistem bəhrə verə bilər. İdman prinsiplərinə əməl edərək, limiti də ildən-ilə dəyişərək istəklərimizə nail ola bilərik. Öncə başa düşməliyik ki, sonda hansı limit dəyişilliklərini görmək istəyirik. Keçid dövrünü pillə-pillə addımlayaraq keçməliyik. Vahid futbol sitemi ilə yanaşı, vahid limit sistemi də olmalıdı. Əvəzedicilər diviziondan fərqli çempionatda iştirak etməlidi. Bunlar bir az qəliz məsələlərdi. Yəni bu gün heç kim söz verə bilməz ki, mənim təklifim 100 faiz özünü doğruldacaq. Amma həm klublar, həm də Klublar Komitəsi ilə bir məsələdə tam razıyam ki, bu gün hansısa dəyişikliklər və islahatlar edilsin. Bu layihə dəqiq işlənib hazırlanmalıdı. Bunun üçün də işçi qrup yaradılmalıdı. Bir neçə layihənin üzərində işləyib İcraiyyə Komitəsinin iclasına çıxarmaq lazımdı”.

Vaqif bəy premyer-liqa və ölkə kubokunda avrokuboklara vəsiqə uğrunda gedən mübarizədən də danışdı:

“Hər zaman istəyimiz budu ki, avrokubok uğrunda mübarizə son tura kimi davam etsin. Bu mövsüm də bunun şahidi oluruq. Klubların hər biri ölkəmizi Avropada təmsil etməyə layiqdi. Baxmayaraq ki, “Qəbələ” mövsümün ilk yarısındakı uğurlu çıxışı davam etdirə bilmədi, 2022-ci ildə yaxşı nəticələrə imza atmasa da, bu komandanı yarışdan kənarda hesab etmək düzgün deyil. Rəqibləri “Zirə” və “Sabah” bu il heyətini genişləndirmək, fərqli oyun nümayiş etdirmək və xal hesabını artırmaqla “qırmızı-qaralar”a qarşı nisbi üstünlük əldə ediblər. Buna baxmayaraq, yekunla bağlı nəsə demək tezdi. İntriqanın sona qədər qorunub saxlanılacağını düşünürəm”.

Sadıqov “Qəbələ”nin ardıcıl uğursuz nəticələrinin səbəbini ehtiyat oyunçular skamyasının qısa olmasında görür:

“Qəbələ”nin ikinci pillədən beşinciyə geriləməsinin səbəbi, çoxlarının da gördüyü kimi, ehtiyat qüvvəsinin məhdudluğu ilə bağlıdı. Mövsümün ilk hissəsində də bu hiss olunurdu. Ancaq komanda tam gücündən istifadə edərək 2-ci pillədə qərarlaşmışdı. Dediyim kimi, rəqibləri bunu yaxşı təhlil edib heyəti daha da gücləndirdilər. Oyun üslublarında da müəyyən dəyişikliyə getdilər. “Qəbələ” ilk yarıdakı nəticələrinə güvənib yoluna davam etmək istəyirdi. Lakin buna gücləri çatmadı. Yenə deyirəm, qarşıda hələ çempionatın 4 oyunu var. Hər şey bu komandaların öz əllərindədi. Hələ ki “Qəbələ” enişdədi. Toparlanıb mübarizə aparmaqla avrokuboklara getmək şansını davam edirə bilər”.
[quote]

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

28-04-2022, 18:0

İcraiyyə Komitəsi əvəzetmə sayının artırılmasını müzakirə edəcək

Ölkə futbolu

28-05-2022, 13:0

AFFA limiti də dəyişəcək, əvəzetmə sayını da!

Ölkə futbolu

31-05-2022, 20:0

Premyer-liqada əvəzetmə sayı artırıldı

Premyer-liqa

18-04-2022, 14:0

Klublar legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələləri müzakirə etdi

Aktual / Ölkə futbolu

31-05-2022, 12:0

Limit və əvəzetmə sayı yenə müzakirədə - İcraiyyə Komitəsi toplaşır

Ölkə futbolu

2-05-2022, 22:0

“İstədiyimiz nəticəni ala bilmədiyimizə görə belə qərar qəbul olundu” - ÖZƏL AÇIQLAMA

Aktual
“Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
"Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
“Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
“Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
Son xəbərlər
  • Bu gün, 23:00
    Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
  • Bu gün, 22:59
    Region Liqasının qalibi müəyyənləşib
  • Bu gün, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Bu gün, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Bu gün, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Bu gün, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Bu gün, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Bu gün, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Bu gün, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Bu gün, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Bu gün, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Bu gün, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Bu gün, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Bu gün, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Bu gün, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Bu gün, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Bu gün, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
  • Bu gün, 14:03
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 13:44
    “Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
  • Bu gün, 13:16
    “Çelsi”nin yeni baş məşqçisi olacaq
  • Bu gün, 12:45
    Fransa olmasın, Mərakeş olsun!
  • Bu gün, 12:14
    Slot antirekordçu məşqçi oldu
  • Bu gün, 11:46
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:15
    Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
  • Bu gün, 10:45
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 10:24
    Dünya çempionatında oynaya bilməyəcəklər
  • Bu gün, 10:00
    Yayda “Real”ı tərk edəcək
  • Dünən, 23:58
    Tezliklə İstanbula qayıda bilər
  • Dünən, 23:38
    Madridə dönməyə çox yaxındı
  • Dünən, 23:06
    “Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
  • Dünən, 22:45
    “Sabah”a çempionluq kuboku təqdim olundu
  • Dünən, 22:19
    İbrahim "qızıl", Tunar isə "bürünc" qazandı
  • Dünən, 22:08
    Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
  • Dünən, 21:43
    “Sabah”ın start heyətini görəndə məyus oldum” – Rəşad Sadıqov
  • Dünən, 21:37
    "Gedirik çempionluğumuzu qeyd etməyə" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 292
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 253
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 207
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 188
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə