Mahir start heyətində oynadı, "Rakuv" mərhələ adladı

28.10.2026 00:31 54
Dünya futbolu
Polşada ölkə kubokunun 1/16 final mərhələsinin bir sıra oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Motor”la qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Start heyətində meydana çıxan Emreli 82-ci dəqiqədə əvəzlənib.

Qələbə sayəsində “Rakuv” Polşa Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.