"Football-plus.az" xəbər verir ki, mütəxəssis komandasının çıxışından razı qalıb:
“Kubok oyununda qalib gələrək növbəti mərhələyə yüksəlmək vacib idi. Çempionatda az oynayan futbolçulara daha çox şans verdik. Digər vacib məqam isə oyunu zədə və itki olmadan başa vurmaq idi. 90 dəqiqə ərzində oyuna nəzarət etdik. İlk hissədə üç qol vurduq. Fasilədən sonra da futbolçuların daha çox qol vurmasını istəyirdim. Ümumilikdə, üstünlüyümüz şəraitində keçən yaxşı oyun oldu”.





