• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vaqif Sadıqov: “Bizi çox maraqlı çempionat gözləyir ki, bu da Antalya toplanışının nəticəsidi” - MÜSAHİBƏ

Manşet / Müsahibə

28-01-2023, 20:0

Qış fasiləsi başa çatdı və premyer-liqanın ikinci yarısı start götürdü.

Football-plus.az xəbər verir ki, komandalarla birlikdə Antalyaya yollananlar arasında AFFA-nın Məşqçilər Komitəsinin üzvləri də var idi. Maraqlıdı, onlar səfərdən hansı təəssüratla qayıdıb? Komandaların bütün oyunlarını izləyə biliblər? Bu və başqa suallar ətrafında komitənin sədri, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovla söhbətləşdik.

- Öncə Şahin Diniyevin “Səbail”ə baş məşqçi təyinatından başlayaq. Onun gedişindən sonra Məşqçilər Komitəsində yerini kim tutacaq?
- Şahin Diniyevin ayrılmasından qısa müddət sonra “Kəpəz”in sabiq çalışdırıcısı Yaşar Vahabzadəni Məşqçilər Komitəsinə üzv qəbul etdik. Artıq Yaşar müəllim də bizimlə birgə fəaliyyətə başlayıb.

- Antalyaya rəhbərlik etdiyiniz qurumun neçə üzvü yollanmışdı?
- Antalyaya iki qrup şəklində yollanmışdıq. Yanvarın 11-18-i aralığında orda Əsgər Abdullayevlə Şakir Qəribov oldu. İkinci qrupda isə mən, Yaşar Vahabzadə və Ağasəlim Mircavadov yer almışdı. Bizim səfərimiz 14-də başladı, 23-də bitdi.

- Klublarımızın bütün yoxlama oyunlarını izləyə bildiz?
- Demək olar ki, bütün matçları izlədik. Düzdü, bəzi oyunlar var idi ki, bir-birinə yaxın vaxtda keçirilirdi. Lakin məsafə yaxın olduğuna görə həmin qarşılaşmaları da izləməyə vaxt tapdıq. Axıra kimi, demək olar ki, bütün oyunları izləyib, lazımi məlumatları əldə etdik.

- Məşqçilər Komitəsi olaraq komandalarımızın oyunları haqda təəssüratınız necə oldu?
- Əvvəla, çox müsbət haldı ki, premyer-liqa təmsilçilərinin hamısı təlim-məşq toplanışı üçün Türkiyəyə yollanmışdı. Həmçinin planlı şəkildə, peşəkarcasına fəaliyyət göstərirdilər. Budəfəki rəqiblər də yetərincə güclü, sayılıb-seçilənlər idi. Bundan əlavə, gənc futbolçuları da bu prosesə cəlb etmələri müsbət haldı ki, onlar da özlərini göstərə bilsinlər.

- Klublarımızın transfer siyasəti barədə hansı fikirdəsiz?
- Bəzi klublarımız bu yöndə fəallıq göstərirdi. Bəziləri isə passiv idi. Bu da onu göstərir ki, klublar hazırda transfer siyasətinə çox ciddi yanaşır. Hansı mövqedə boşluq varsa, onu doldurmaq istəyirlər, komandanın oyun üslubuna uyğun futbolçu axtarırlar. Qış fasiləsində bunu etmək o qədər də asan deyil. Lakin bir çox klubumuz bunu bacardı. İanıram ki, bu transferlər və hazırlıq prosesi çempionatımızın qalan hissəsini daha da maraqlı, intriqalı edəcək. Elə “Kəpəz” – “Qəbələ” və “Turan Tovuz” – “Qarabağ” matçlarında da bunu gördük. İlk yarı başa çatandan sonra səbirsizliklə premier-liqanın ikinci yarısını gözləyirdik ki, maraqlı oyunlara baxmağa davam edək. Bütün bunlar təlim-məşq toplanışının bəhrəsidi.

- Yoxlama oyunlarındakı rəqiblərin tanınmış və güclü olduğunu qeyd etdiz. Onlarla mübarizədə təmsilçilərimiz necə təsir bağışladı?
- Bəzi komandalarımız qələbə qazandı, bəziləri isə nəticəyə baxmadan oyunçuları yoxladı. Lakin sevindirici haldı ki, komandalar bütün proseslərə planlı şəkildə və peşəkarcasına yanaşdılar. Bu gün deyə bilərik ki, ayrı-ayrı ölkələrin zəif komandaları bizə rəqib olmayıb. Macarıstan, Polşa, Çexiya, Serbiya kimi ölkələrin klubları ilə qarşılaşmışıq. Hər biriylə də başabaş mübarizə aparırdıq. Düzdü, idmanda istənilən nəticə qeydə alına bilər. Buna baxmayaraq, bəzi güclü rəqiblər var idi ki, bizim komandalar qarşısında aciz görünürdülər. Ümumilikdə isə bu proses onu göstərdi ki, klublarımız köklü şəkildə dəyişir və inkişaf edir. Bu da istər-istəməz çempionatımıza və futbolumuza rəng qatır.

- “Turan Tovuz” hazırda 6-cı yerdə olsa da, “Qarabağ”a qarşı yetərincə yaxşı oyun göstərdi, sonadək mübarizə apardı. Eyni sözləri “Kəpəz” haqda da demək olar. Sizcə, digər autsayderlərdən də bu mübarizliyi görə biləcəyik?
- Hazırlıq prosesini çox yüksək səviyyədə keçiblər. Ancaq bizim çempionat elədi ki, aşkar autsayderlər görünmür. Bəlkə də ən fəallar elə 5-ci yerdən aşağı pillələrdə qərarlaşanlar idi. İstər transfer prosesində, istərsə də oyunlarda çox fəal idilər. “Turan Tovuz” “Qarabağ”la qarşılaşmada iki yeni transferinin xidmətindən yararlandı. Onlar da çox yaxşı təsir bağışladılar. Bir sözlə, bizi çox maraqlı çempionat gözləyir ki, bu da Antalya toplanışının nəticəsidi.

ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

2-01-2023, 21:0

Şahin Diniyevin köməkçiləri bəlli oldu

Aktual
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Son xəbərlər
  • Bu gün, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Bu gün, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Bu gün, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Bu gün, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Bu gün, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə