“Onlar rumındı, azərbaycanlı azarkeşlərin olduğu sektorda əyləşəcəklər” – Buxarestdə nə baş verir?

18.08.2026 18:00 22
Manşet / Avrokuboklar
Məlum olduğu kimi, “Sabah” sabah Çempionlar Liqasının pley-off mərhələsində ilk matça çıxacaq. Beer-Şeva “Hapoel”i ilə qarşılaşmaq üçün Rumınıyanın paytaxı Buxarestə yollanan “bayquşlar”ın düşərgəsindəki əhval-ruhiyyə maraq doğurur.

Ötən günlərdə “Sabah”ın mətbuat katibi Elnur Həmidovdan əldə etdiyimiz məlumata görə, azərbaycanlı azarkeşləri üçün 600-ə yaxın bilet ayrılmışdı. Bəs indi vəziyyət necədi? Komanda Rumınıyaya çatandan sonra azarkeşlərlə əlaqə yaradılıbmı?

“Football-plus.az” bu suala cavab tapmaq üçün yenidən Elnur Həmidovla əlaqə saxlayıb. Klub rəsmisi azarkeşlərlə ünsiyyətdə olduğunu, hazırda mürəciətlər gəldiyini, konkret sayın sabah bəlli olacağını söylədi.

Bu məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün Rumıniyada yaşayan həmkarımız Abbas Zahidi ilə də əlaqə saxladıq:

“Biz – burda yaşayan azərbaycanlılar hamımız bir-birimizlə o qədər sıx əlaqədə deyilik ki, dəqiq say deyə bilim. Hazırda təxminən 50-55 azərbaycanlıyıq. Onlardan 10 nəfərə yaxın şəxsin gələcəyini bilirəm, amma bizdən əlavə kimlərin gələcəyindən xəbərim yoxdu. Kimin dostu gələcək, kim gəlməyəcək – bunu deyə bilmərəm. Mənim dörd dostum oyuna gələcək. Onlar rumındı, azərbaycanlı azarkeşlərin olduğu sektorda əyləşəcəklər. Digər azərbaycanlıların da türk, rumın və başqa millətlərdən olan dostları gəlib oyuna baxa bilər. “Sabah”la əlaqə saxlamışam. Biletin qiymətinə gəlincə, 20 avrodu. Rumıniya üçün bunun çox baha olduğunu demək çətindi, amma ucuz da deyil. 20 avro təxminən 105 ley edir. Halbuki burda yerli komandaların avrokubok matçları zamanı biletlərin qiyməti, adətən, 50-70 ley aralığında dəyişir. Təbii ki, bu qiymət qarşılaşan komandaların statusundan da asılıdı”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul