İndiyə qədər “Sabah” oyunu stadiondan izləmək istəyən azarkeşləri ilə bağlı heç bir açıqlama yaymayıb. Amma bizdə olan bilgiyə görə, bileti “Sabah” klubu müraciət edən azarkeşlərə özü alacaq. Bu barədə klubun mətbuat katibi Elnur Həmidov “Football-plus.az”a açıqlamasında bildirib:
“Sloveniyada yaşayan həmyerlilərimizdən bu məsələ ilə bağlı klubla əlaqə saxlayanlar var. Klub onlar üçün bilet təşkil edəcək. Konkret azarkeş sayı oyun günü bəlli olacaq”.
MÜZƏFFƏR QULUZADƏ






