Bəs “Sabah” Rumıniyada yaşayan azərbaycanlı azarkeşlərlə bağlı hansı addımları atır? Çempiona dəstək olmaq istəyən soydaşlarımız üçün nə qədər bilet ayrılması nəzərdə tutulub?
“Football-plus.az”ın sualına “Sabah”ın mətbuat katibi Elnur Həmidov cavab verdi:
“Bəli, Rumıniyada yaşayan soydaşlarımızdan müraciət edənlər var. Lakin hələ bu yöndə işə başlamamışıq. “Sabah”ı stadionda nə qədər azarkeşin dəstəkləyəcəyi oyun günü bilinəcək”.
İSRAYIL XEYRULLAYEV






