Şahruddinin növbəti dayanacağı “Sabah”dı? – klub rəsmisi açıqladı

26.06.2024 09:13 1 770
Ölkə futbolu / Manşet
Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev iyunun 22-də Türkiyənin superliqa təmsilçisi “Adana Dəmirspor”la müqaviləsinə təktərəfli xitam verdi.

Bundan sonra bəzi media qurumlarında və sosial şəbəkələrdə yayılan məlumata görə, qolkiperin adanalılardan ayrılıq səbəbi “Sabah”la razılığa gəlməsidi.

İddianın səhihliyini öyrənmək məqsədilə “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

“Transfer çalışmalarını davam etdiririk. Klubun seleksiya xidməti və məşqçilər korpusu gücləndirilməli mövqeləri müəyyənləşdirib və bu istiqamətdə iş aparır. Lakin hazırda sırf hansı oyunçularla danışıqların aparıldığı və transfer siyahısında kimlərin olduğu haqda ətraflı məlumat verə bilmərik. Hansı futbolçuyla rəsmi anlaşma əldə olunsa, ictimaiyyətə ətraflı məlumat veriləcək”.

KƏNAN BAHADIR