Əvvəlcə Qurban Qurbanov, sonra "Nant"ın baş məşqçisi

13.09.2022 11:51 487
Avropa Liqası
Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Nant” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı məlum olub.

Football-plus.az xəbər verir ki, mütəxəssislərin media nümayəndələri ilə görüşü sabah olacaq.

Əvvəlcə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq. Onun konfransı saat 12.30-da olacaq.

"Qarabağ" - "Nant": oyunöncəsi konfranslar

14 sentyabr
12.30 Qurban Qurbanovun mətbuat konfransı
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu
19.15 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: “Azərsun Arena”

14 sentyabr
17.15 “Nant”ın baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı
18.00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu