Paytaxt klubuna təyinat alacaq

11.06.2025 08:55 6
Dünya futbolu
Bir neçə gün əvvəl “Tottenhem”dən qovulan Angelos Postekoğlunun xələfi müəyyənləşib.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, London klubu baş məşqçi vəzifəsinə “Brentford”un çalışdırıcısı Tomas Frankı təyin edəcək.

"Football-plus.az" xəbər verir ki, “Brentford” 12 milyon avro müqabilində Frankı sərbəst buraxmağa razılaşıb. Yaxın günlərdə təyinatın rəsmən açıqlanacağı gözlənilir.

Xatırladaq ki, “Tottenhem” Postekoğlu ilə yolları iyunun 6-da ayırıb. Komanda son mövsüm onun rəhbərliyi altında Avropa Liqasının qalibi olub. Bu, İngiltərə klubunun 2008-ci ildən sonra qazandığı ilk kubokdu.