Spallettinin aqibəti müəyyənləşdi

17.03.2026 13:18 11
Dünya futbolu
Luçano Spallettinin “Yuventus”dakı aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, tanınmış insayder Nikolo Skiranın yaydığı məlumata görə, klub rəhbərliyi italiyalı mütəxəssislə əməkdaşlığı davam etdirmək niyyətindədi. Baş məşqçi ilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanması nəzərdə tutulub. Yeni sözləşməyə əsasən, təcrübəli məşqçinin illik məvacibinin təxminən 6 milyon avro olacağı və bu haqda rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Xatırladaq ki, Spalletti 2025-ci ilin oktyabrında istefaya göndərilən İqor Tudoru əvəzləyib. “Yuventus” hazırda A seriyasında 29 oyuna 53 xalla 4-cü yeri tutur.