“Gənc yaşlarında çox yaxşı çıxış edirdi” - “İmarət”dən Abbasın gedişinə reaksiya

29.10.2026 16:56 135
Ölkə futbolu / Manşet
Ötən mövsüm nizam-intizam qaydalarını pozduğuna görə Qurban Qurbanovın “Qarabağ”ın əsas komandasından kənarlaşdırdığı və bu mövsüm əvəzedici heyətdə şans qazanan Abbas Hüseynovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

2017-ci ildən Ağdam təmsilçisinin formasını geyən 31 yaşlı müdafiəçi “Qarabağ”ın heyətində meydana çıxdığı 229 oyunda 12 qol vurub, 12 məhsuldar ötürmə verib. Bu klubla 7 dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.

Bəs, Abbas Hüseynov “Qarabağ”ın əsas azarkeş qrupu “İmarət”in yaddaşında necə futbolçu kimi qalıb? Onunla bağlı yaranmış vəziyyətdə ortaq məxrəcə gəlmək, barışıq üçün zəmin yaratmaq mümkün deyildimi?

“Football-plus.az”ın suallarına “İmarət”in rəhbərlərindən Elnur Quliyev cavab verdi:

“Potensiallı futbolçu idi. Öz üzərində işləsəydi, start heyətində yer tapa bilərdi. Gənc yaşlarında çox yaxşı çıxış edirdi. Lakin hər şey gözlədiyimiz kimi alınmadı”.

İSRAYIL XEYRULLAYEV