“El klasiko”nun baxımlı keçdiyini demək olmaz. “Real” rəqibə ən yaxşı oyununu göstərməyə imkan vermədi. Müdafiə xəttinin aparıcı oyunçularının yoxluğu Flikə başağrı yaratdı. Ancaq ədalət naminə Mourinyonun da Kurtua ilə Vinisiusun xidmətindən məhrum olduğunu vurğulamalıyıq. Hər halda, qonaqlar “Barsa”nın tərifli hücum xəttinin təzyiqinə baş əymədi, hələ fasilə ərəfəsində qol da vurdu. Bu qol oyunun məntiqi axarına uyğun olmasa da, Martinin kobud səhvindən sonra Mbappedən səkən top tora düşdü. Qol meydan sahiblərini ruhdan salmadı. Onlar 2-ci hissəyə inamlı başladı. Saatın tamamında künc zərbəsi zamanı Pedrinin ötürməsindən sonra Rafinya hesabı bərabərləşdirdi. Daha yaxşı təsir bağışlayan “Barsa”nın hücumlarının sayı çox idi. Ancaq qonaqlar dözdü, dözdü və sona yaxın əks-hücumda kataloniyalıları cəzalandırdı. Bellingem, Gülər və Kamavinqanın iştirak etdiyi hücumu Mbappe qolla bitirdi. Açığını desək, çempionatda intriqanın bərpası baxımından “Real”ın qələbəsi daha maraqlı variantdı. “Barsa” artıq oktyabrda əsas rəqibi ilə 9 xal fərqi yaratsaydı, bu heç də yaxşı yaxşı olmazdı. İndi isə “ağ şimşəklər” liderlə xal fərqini bir qələbə həddinə endirib. “Barsa”nın bütün turnirlərdə ardıcıl 11 qələbədən sonra bir həftə ərzində iki dəfə uduzması da maraqlı məqamdı.
Ölkənin 3-cü nəhəngi “Atletiko” da inanılmaz sürət yığıb. “Deportivo”nu qəbul edən “hindular” La Liqada qələbə seriyasını 6 oyuna çatdırdı. Onları sevindirən yeganə qolu artıq azarkeşlərlə münasibətləri düzələn Alvares vurdu.
“Real Sosyedad” da azarkeşlərini sevindirməkdədi. “Levante”ni qəbul edən basklar çempionatda ardıcıl 4-cü qələbəsini qazandı. Bu oyunda bütün qollar ilk 27 dəqiqədə vuruldu.
“Sabah”ın ÇL-in liqa mərhələsindəki rəqibi “Valensiya” ilə səfər oyununda əzmkar qələbə qazandı. “Sarılar” 38-ci dəqiqədə geri düşsələr də, 2-ci hissədə oyunun axarını dəyişə bildilər. 66-cı dəqiqədə meydana çıxan Mikautadze 6-cı uzatma dəqiqəsində komandasına qələbə gətirən qolu vurdu.
Turun qalan oyunlarına gəlincə, “Rasinq” də “Espanyol” üzərində əzmkar qələbə qazandı, “Elçe” “Rayo Valyekano”nu, “Atletik” “Xetafe”ni darmadağın etdi. “Alaves” – “Malaqa”, “Selta” – “Betis” oyunlarında bərabərlik qeydə alındı.
10-cu tur
Barselona – Real 1:2
Rafinya, 61 – Mbappe, 41; 87. (62055)
Barselona: X.Qarsiya, Espart (Balde, 30), Kubarsi, Martin, Kanselo, Podri, Pedri, Lopes (De Yonq, 74), Qordon (Adeyemi, 85), Yamal, Rafinya (Jezus, 86).
Real: Lunin, Kukurelya, Höysen, Konate, Valverde (Dumfris, 62), Çuameni, B.Silva (Kamavinqa, 80), Gülər (Aleksander-Arnold, 90+4), Bellingem, Diomande (Espi, 90+4), Mbappe.
Atletiko – Deportivo 1:0
Alvares, 48. (68674)
Atletiko: Oblak, Lyorente, Pubil, Hantsko, Qrimaldo, Hülmann (Mendosa, 80), Barrios (Simeone, 46), Baena, Li Kan İn (Sörlot, 67), Lukman (Le Norman, 46), Alvares.
Valensiya – Vilyarreal 1:2
Pepelu, 38-p. – Frimen, 69. Mikautadze, 90+6. (46850)
Vilyarreal: Qulaçi, Frimen, Veyqa, Foyt (Kardona, 66), Mourinyo, Geye, Masia, Byukenen (Navarro, 87), Ahomaş (Moleyro, 66), Moreno (Komesanya, 82), Peres (Mikautadze, 66).
Real Sosyedad – Levante 2:1
Oskarsson, 6. Turryentes, 27 – Peres, 22. (30035)
Rasinq – Espanyol 2:1
Belosyan, 69. Zabiri, 84 – Ekspozito, 62. (21473)
Rayo Valyekano – Elçe 0:3
Redondo, 23-p. Ninyo, 36-p. Valera, 68. (8405)
Atletik – Xetafe 4:0
Berenger, 17. İ.Uilyams, 35. Paredes, 70. Berçiçe, 88. (44160)
Alaves – Malaqa 1:1
Manyas, 89 – Ninyo, 44. (16099)
Selta – Betis 0:0
(20007)
Sevilya – Osasuna 2:0
Romero, 24. Korreyya, 82. (38523)
1. Barselona 10 9 0 1 40-11 27
2. Atletiko 10 8 1 1 20-8 25
3. Real 10 8 0 2 25-10 24
4. Betis 10 6 2 2 16-14 20
5. Real Sosyedad 10 6 1 3 19-18 19
6. Sevilya 10 5 2 3 16-16 17
7. Alaves 10 3 3 4 14-11 12
8. Atletik 9 3 3 3 12-9 12
9. Selta 10 2 6 2 10-7 12
10. Vilyarreal 10 3 3 4 15-14 12
11. Deportivo 10 2 5 3 13-13 11
12. Osasuna 10 3 2 5 10-20 11
13. Rasinq 10 3 2 5 15-26 11
14. Levante 10 2 4 4 16-19 10
15. Elçe 10 2 4 4 14-17 10
16. Rayo Valyekano 9 2 3 4 12-20 9
17. Xetafe 10 2 3 5 5-15 9
18. Espanyol 10 2 2 6 12-14 8
19. Valensiya 10 1 3 6 7-17 6
20. Malaqa 10 0 5 5 7-19 5
Bombardirlər: Rafinya (Barselona) – 13, Mbappe (Real) – 11, Yamal (Barselona), Zabiri (Rasinq) - 8.
Növbəti turun oyunları oktyabrın 30-u – noyabrın 2-si aralığında keçiriləcək: Vilyarreal – Espanyol, Levante – Atletiko, Rayo Valyekano – Selta, Betis – Malaqa, Barselona – Alaves, Xetafe – Sevilya, Rasinq – Real, Elçe – Valensiya, Atletik – Real Sosyedad, Deportivo – Osasuna.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Qol imkanlarımız olsa da, yetərincə hərəkət etmədik. 2-ci hissədə rəqibə problem yaratmağa başlamışdıq ki, konsentrasiyanı itirdik, bu da bizə məğlubiyyət bahasına başa gəldi. Nə qədər çətin olsa da, məğlubiyyətlə barışmalıyıq. Təbii ki, ardıcıl iki məğlubiyyətdən narazıyıq. Oyunumuzda təravət çatmadı. Məğlubiyyət idmanın bir hissəsidi. İrəlidə uzun yol var, “artırmalıyıq”.
Joze Mourinyo, “Real”ın baş məşqçisi:
“Hər şeydən əvvəl yüksək səviyyəli oyun izlədik. Hər iki komanda qələbəyə oynadı. Futbolçularım çox möhtəşəm oynadı. Hesabı 2:0 etmək üçün imkanlarımız var idi. Əlbəttə, “Barselona” 2-ci hissədə “artırdı”, ancaq biz sakitliyi və özünənəzarəti qorumağı bacardıq”.
Turun rəqəmi
100 – Mbappe dubl etməklə “Real”ın heyətində qol sayını bu həddə çatdırdı. O, Madrid klubundakı 116-cı oyunda buna nail oldu. Mbappedən tez 100 qol həddinə çatan futbolçular: Ferents Puşkaş (101 oyun), Kriştiano Ronaldo (105), Painyo və Alfredo Di Stefano (114 oyun).
Turun ulduzu
Kilian Mbappe (Real) – fransalı ulduz heç də çətin olmayan qollar vurdu. Ancaq matçdakı gərginliyi də nəzərə almaq lazımdı. Mbappenin bu dublu mövsümün sonunda qızıla bərabər ola bilər.
Turun sitatı
Pau Kubarsi, “Barselona”nın müdafiəçisi:
“El klasiko” statusuna uyğun olan səviyyədə oyun göstərə bilmədik. Biz yorulmuşuq. Ancaq bu məqam bizə bəraət qazandırmır”.
Faktlar
* Mbappe indiyə qədər “Barselona”ya qarşı keçirdiyi 11 oyunda 14 qol vurub. Bu oyunlardan 7-si, qollardan 8-i “Real”ın payına düşür. Fransalı ulduz PSJ-də çıxış edərkən kataloniyalılarla 4 oyunda 6 top vurub. 21-ci əsrdə yalnız iki futbolçu “Barsa”nı daha çox məyus edib. Bunlar K.Ronaldo (34 oyunda 20 qol) və Benzemadı (46 oyunda 16 qol).
* Mbappe ilk 7 “el klasiko”da 8 qol vurub. Bu, 21-ci əsrdəki ən yaxşı nəticədi. Kilian bu göstəricidə “Real”a 6 qol vuran Messini arxada qoydu.
* “Real” derbilərdə qələbə sayına görə növbəti dəfə irəli çıxdı. Madridlilər 107, “Barsa” 106 oyunda qələbə qazanıb, daha 52 oyun heç-heçə bitib. “Real” top fərqində də öndədi – 446:442.
* Rafinya cari mövsümdə keçirdiyi 9 oyunda 13 top vurub. 2012/13 mövsümündə onun sabiq komanda yoldaşı Messi də bu qədər fərqlənmişdi. 21-ci əsrdə La Liqada mövsümün ilk 9 oyununda ən çox qol vuran futbolçu K.Ronaldodu – 2014/15 mövsümündə 17.





