Xəbər verdiyimiz kimi, basketbol üzrə ölkə çempionatının qalibi “Sabah” bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.
"Football-plus.az" xəbər verir ki, qrup mərhələsində “bayquşlar”a rəqib olacaq 3-cü komanda da müəyyənləşib. Bu, Fransa təmsilçisi “Elan Şalon”du. Fransızlar finalda İspaniya “Mursiya”sına 96:88 hesabıyla qalib gəlməklə 3-cü təsnifat qrupunun qalibi olub.
Beləliklə, üçqat Azərbaycan çempionu B qrupunda “Alba” (Almaniya), “Nimburk” (Çexiya) və “Elan Şalon”la mübarizə aparacaq. ÇL-in müntəzəm mövsümünün oyunları oktyabrın 7-də start götürəcək.