Erve Renarın işsiz günləri çox da çəkməyib.
"Football-plus.az" xəbər verir ki, çərşənbə günü Səudiyyə Ərəbistanı millisinin baş məşqçi vəzifəsindən istefaya göndərilən fransalı mütəxəssis, gözlənildiyi kimi, bundan sonra ölkəsində işləyəcək.
Onun Fransanın qadınlardan ibarət milli komandasına təyinatı rəsmiləşib. 54 yaşlı Renar ilə Fransa Futbol Federasiyası arasında imzalanan müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.