Alleqri yeni təklif almasa...

10.02.2024 20:50 201
Dünya futbolu
Massimiliano Alleqri mövsümün sonunda “Yuventus”dan ayrıla bilər.

“Tuttosport” qəzetinin yaydığı xəbərə görə, təcrübəli mütəxəssis yayda rəhbərlikdən yeni təklif almayacağı halda, postunu tərk edəcək. Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

“Yuventus” hazırda A seriyasında lider “İnter”dən 4 xal geri qalmaqla 2-ci yeri tutur.