Problemləri başdan aşan “Havr”da daha bir istefa baş verib.
Football-plus.az" xəbər verir ki, Demba Ba Fransa klubunun idman direktoru vəzifəsini tərk edib. Seneqal yığmasının sabiq hücumçusu klubdakı qeyri-sabit vəziyyətə görə belə qərar verib. O, iyun ayından bu vəzifədə çalışırdı.
Xatırladaq ki, “Havr” rəhbərliyi bir neçə gün əvvəl baş məşqçi Didye Diqarla yolları ayırıb. Buna etiraz əlaməti kimi klubun prezidenti Jan-Mişel Russye də vəzifəsini tərk edib. Klubun sahibi “Blue Crow” sərmayə qrupu hazırda rəhbərlikdə dəyişikliklərə hazırlaşır.
Fransa Liqa 1-də 2 xalı olan “Havr” turnir cədvəlində sonuncu yeri tutur.
Fransa klubunda növbəti istefa
Dünya futbolu





