Martin Subimendi tezliklə iş yerini dəyişə bilər.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi qışda “Arsenal”ı tərk etməyi düşünür. “TEAMtalk” nəşrinin məlumatına görə, 27 yaşlı futbolçu əsas heyətdəki yerini itirdiyi üçün yanvarda gələcək təklifləri dəyərləndirməyə hazırdı.
İspaniyalı futbolçu ilə 7 klub maraqlanır. “Real”, “Barselona”, “Atletiko”, “Bavariya”, Dortmund “Borussiya”sı, “Çelsi” və “Liverpul” Martinin mümkün transferini nəzərdən keçirirlər.
Subimendi bu mövsüm premier-liqada 6 oyun keçirib və hər dəfə meydana əvəzetmədən çıxıb.
London klubundan getməyi düşünür
Dünya futbolu


